"Yuventus" növbəti transfer pəncərəsində yarımmüdafiəçi Pol Poqba ilə yollarını ayırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya komandası fransızla hesablaşmır. "Byankonerilər" ondan və yüksək maaşından qurtulmaq istəyirlər.
Poqba 2022-ci ilin yayında "Yuventus"a keçib. Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilə qədərdir. Bu mövsüm fransalı futbolçu komandasının heyətində 2 oyunda iştirak edib.
Xatırladaq ki, İtaliya çempionatının 1-ci turunun “Udineze” ilə oyunundan (0:3) sonra Poqbadan götürülən dopinq testin nəticələri müsbət çıxıb. İtaliyanın antidopinq prokurorluğunun Poqbanın 4 illik diskvalifikasiya olunmasını tələb etdiyi bildirilir.
Heybət