05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

NASA Xəzərdəki "xəyal adası"nın SİRRİNİ AÇDI

19 yan 2025 23:00
GÜNDƏM
ads
Advertisement

NASA-nın "Landsat 8" və "Landsat 9" peykləri Xəzər dənizində kiçik bir adanın görünüşünü və yoxa çıxmasını çəkib.

QÜTB.AZ xəbər verir ki, еədqiqat materialları NASA Yer Rəsədxanasının rəsmi saytında dərc olunub.

Qeyd edilib ki, hadisə Azərbaycan sahillərindən 25 kilometr aralıda baş verib

Mütəxəssislərin fikrincə, bu fenomenə 2023-cü ilin əvvəlində püskürməyə başlayan sualtı palçıq vulkanı Kumaninin fəaliyyəti səbəb olub. Aktivliyin zirvəsində adanın eni 400 metrə çatıb. Ancaq iki ildən az müddətdə bu formasiya tamamilə dağılıb və 2024-cü ilin sonuna qədər ondan demək olar ki, heç nə qalmayıb.

Tədqiqatçıların fikrincə, Kumani adası görünür və yox olur. İlk belə hal 1861-ci ildə Xəzər suları arasında eni 87 metr, hündürlüyü 3,5 metr olan torpaq zolağının yaranması ilə qeydə alınıb.

Ən güclü püskürmə 1950-ci ildə baş vermib, eni 700 metr və hündürlüyü 6 metr olan bir ada meydana gətirib.

Alimlər qeyd ediblər ki, palçıq vulkanları yeraltı təzyiqin isti maye kütlələrini və qazları səthə itələdiyi yerlərdə əmələ gəlir.

Azərbaycanın palçıq vulkanları Cənubi Xəzər hövzəsinin geniş karbohidrogen sisteminə bağlıdır və xarakterik palçıq şlamları ilə yanaşı metan kimi yanar qazları da buraxdığı məlumdur. Bəzən onların püskürmələri yüzlərlə metr hündürlükdə alov sütunlarının emissiyası ilə müşayiət olunur.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur