"Barselona"nın baş məşqçisi Xavi iki oyunluq cəzalandırıla bilər.
Publika.az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
Buna səbəb onun İspaniya çempionatının 29-cu turunda keçirilən "Atletiko" ilə görüşdə qırmızı vərəqə ilə cəzalandırılması olub.
“Metropolitano” stadionunda keçirilən qarşılaşmanın 41-ci dəqiqəsində kataloniyalı çalışdırıcı hakimdən narazılığını bildirərkən həddən artıq emosional olduğu üçün xəbərdarlıq alıb. Onun fikrincə, hakim Madrid komandasını kobud qayda pozuntularına görə cəzalandırmayıb. Bir neçə dəqiqə sonra hadisə təkrarlanıb. Xavi bu dəfə meydandan qovulub.
Heybət