Belarus prezidenti Aleksandr Lukaşenko yenidən dövlət başçısı seçilməkdən ötrü namizədliyinin irəli sürülməsi üçün 700 min imza toplayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "BELTA" məlumat yayıb.
“Dünən mənə məlumat verildi ki, bu günə kimi 700 mindən çox imza toplanıb", - Lukaşenko deyib.
O əlavə edib ki, onun seçki kampaniyasının gedişini yaxından izləməyə vaxtı yoxdur, çünki ilin sonuna qədər çox şey yığılıb, o cümlədən respublika və digər ölkələrə səfərlər. Onun sözlərinə görə, o, namizədliyinin müdafiəsi üçün imzaların toplanmasının başa çatdırılmasını təklif edib, lakin prezident administrasiyası qeyd edib ki, xalqa lideri dəstəkləmək imkanı verilməlidir.
Adəm Abbaslı