25.02.25 | Bakı -2.97° C |
10:06:25
Lent :

Garo Paylanın xam xəyalına son qoyulmalıdır!

25 fev 2025 04:00
GÜNDƏM
ads
Advertisement

Garo Paylanın xam xəyalına son qoyulmalıdır.

Qutb.az Report-a istinadən verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımına həsr edilən anım mərasimində çıxışında deyib.

Səfir erməniəsilli sabiq millət vəkili Garo Paylanın Ermənistan mətbuatındakı bəyanatına öz etirazını ifadə edib.

Qeyd edək ki, Paylan bəyanatında ABŞ və Fransanın dəstəyi ilə yenidən Qarabağ problemini gündəmə gətirməyi bildirib.

TBMM-də 25, 26 və 27-ci dönəmlərdə millət vəkili olan Garo Paylanın son açıqlamalarını "erməni xalqının düşüncəsini zəhərləyən çıxış” adlandıran səfir vurğulayıb ki, bu cür məsuliyyətsiz davranışlara görə sabiq millət vəkili Türkiyə ictimaiyyəti tərəfindən şiddətlə qınanmalıdır:

"Əks təqdirdə sülh müqaviləsinin imzalanmasına mane olan bu cür təxribatlar Ermənistanı yenidən müharibəyə sövq edə bilər”.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-2.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur