24.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Xaralambus: ""Qarabağ" güclü və sərt oyun göstərir"

24 yan 2025 01:00
İDMAN
ads

FKSB Avropa Liqası Liqa fazasının 7-ci turu çərçivəsində Bakıda "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edib.

QÜTB.AZ xəbər verir ki, Rumıniya təmsilçisinin baş məşqçisi Elias Xaralambus matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox sevinirəm, oyunçularımla fəxr edirəm. Vacib üç xal qazandıq, gözəl oynadıq. Çox çətin olacağını bilirdik. Həqiqətən belə oldu. Əziyyət çəkdik. Amma əziyyətimizin bəhrəsini gördük. Futbolda bəzən bəxt amili də əhəmiyyətlidir. Bu gün bir az bəxtimiz də gətirdi. İlk dəqiqədə qol buraxmaq çətin idi. "Qarabağ" çox pressinq edirdi. Üçüncü qol gəldikdən sonra qələbəni qazandıq.

- Darius Olarusuz sizin üçün çətin oldu?

- Olaru böyük, yaxşı oyunçudur. Bu gün yox idi. Alternativlər üzərində fikirləşməliyik. Komandamızda yüksək keyfiyyətli oyunçular var. Həll yolları tapmalıyıq. Bu gün bunu etdik.

- “Qarabağ” tərəfdən hansısa sürprizlə qarşılaşdınız?

- Nəyə ümid edirdiksə, onu gördük. “Qarabağ”ı araşdırmışdıq. Çətin oyun oldu, əziyyət çəkdik. Avropadakı oyun stili budur, əziyyət çəkilir. “Qarabağ” güclü komandadır. “Ayaks”la”, “Lion”la, “Zirə” ilə oyunda da hücumameyilli, güclü və sərt oyun göstərir. Qurban Qurbanova və komandaya böyük hörmətim var. “Qarabağ” çox gözəl komandadır.

Qutb Məmmədov

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur