İyulun 12-də İrəvanda Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək.
Publika.az xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 7 məsələ daxil edilib. Onların hamısı ikinci və yekun oxunuşda müzakirə olunacaq.
İclasın gündəliyinə aşağıdakı məsələr daxil edilib:
- "Hökumətin strukturu və fəaliyyəti haqqında" qanuna dəyişikliklərin edilməsi
- Cinayət-İcra Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi
- "Hərbi vəzifə və status haqqında"
- "Hərbi qulluqçular haqqında" və müvafiq qanunlara dəyişikliklər edilməsi
- "Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında" qanun layihələri zərfi və müvafiq qanunlarda dəyişikliklər edilməsi
- "Milli təhlükəsizlik orqanlarında xidmət haqqında" qanunda dəyişiklik edilməsi
- "Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi