29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu günlərdə ehtiyatlı olun! - Əhaliyə XƏBƏRDARLIQ

16 sen 2024 19:00
GÜNDƏM
ads

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan QÜTB.AZ-a bildirilib ki, Günəş fəallığı artıb, 10 santimetrlik dalğa uzunluğunda radioalışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb.

Günəş küləyinin maksimal sürəti saniyədə 623 kilometrədək artıb.

Proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faizdir.

Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.

TKA-nın və müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə növbəti günlərdə G1(zəif) - G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur