Milyarder İlon Mask sadələşdirilmiş interfeysli, "Xmail" adlı e-poçt xidmətinin yaradılacağını elan edib.
QÜTB.AZ xəbər verir ki, sahibkar "X" platformasındakı komandasının e-poçt xidməti yaratmaq üzərində işlədiyini təsdiqləyib.
"iXBT" nəşri bildirir ki, o, bunu "MarioNawfal" ləqəbli istifadəçinin daha sadə və formatlama problemləri olmayan poçt qutusuna sahib olmaq arzusunu ifadə edən mesajına cavab olaraq yazıb.
Mask vurğulayıb ki, "Xmail" hazırkı e-poçtlarda olan bütün ən yaxşı xüsusiyyətləri özündə cəmləşdirəcək və lazımsız funksiyalardan xilas olacaq. Xidmət rahat və fasiləsiz rabitə təklif edəcək.
Layihə İlon Maskın "X" platformasını genişləndirmə strategiyasının bir hissəsidir.
Ləman