Macarıstanın baş naziri Viktor Orban deyib ki, Qərb nə qədər pul və silah versə də, Ukrayna Rusiyanı məğlub edə bilməyəcək.
Publika.az xəbər verir ki, Orban bu barədə “Radio Kossuth”un efirində bildirib.
O qeyd edib ki, Qərb öz ordusu ilə müharibəyə girməsə, hərbi üstünlük Rusiyada qalacaq. Eyni zamanda, Macarıstan hökumətinin başçısı vurğulayıb ki, Qərb əsas riyazi faktlara görə, döyüş meydanında həll edilə bilməyən müharibəyə qarışa bilməz.
Orban həmçinin xatırladıb ki, NATO Ukrayna böhranının “ilk dəqiqəsindən” münaqişə zonasına qoşun göndərməyəcəyini bəyan edib. Bu baxımdan, Macarıstanın baş naziri münaqişənin gec-tez diplomatik yolla həll ediləcəyi qənaətinə gəlib.
“Qərbdə gec-tez kimsə əlini qaldırıb deməli olacaq: mən səhv etdim!” Orban əlavə edib ki, Qərb liderləri öz səhvləri ucbatından Avropanın “iqtisadi iflasa” yaxınlaşdığını etiraf etmək məcburiyyətində qalacaqlar.
Tural