Avro-2024-ün ikinci turunun Danimarka - İngiltərə oyunundan sonra (1:1) təsirli məqam yaşanıb.
Publika.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra əfsanəvi danimarkalı qapıçı Peter Şmeyxel miks zonada millinin qapısını qoruyan oğlu Kasperdən müsahibə alıb.
"Mançester Yunayted"in keçmiş qapıçısı canlı yayımda oğlunu qucaqlayıb və "Mən oyundan sonra çoxlu müsahibələr verirəm və alıram, amma bunu heç vaxt etməmişəm" - deyə bildirib. Kasper isə atasına formasını hədiyyə edib.
Qeyd edək ki, Kasper Avro-2000-də oynayan atasının nailiyyətini (36 yaş 216 gün) ötməyi bacarıb. O, Avropa Çempionatları tarixində Danimarka millisinin ən yaşlı qapıçısı olub - 37 yaş 224 gün.
Heybət
“I never do this…”
— UtdDistrict (@UtdDistrict) June 21, 2024
This post-match moment between Peter and Kasper Schmeichel is beautiful pic.twitter.com/9KBnh8q8sk