"Barselona"nın prezidenti Xuan Laporta baş məşqçi Xavinin hazırkı çətin keçid dövründə daha bir mövsüm komandada qalmasını istəyir.
Publika.az xəbər verir ki, kataloniyalı mütəxəssis isə eyni fikirdə deyil. "Barsa" La Liqa və ya Çempionlar Liqasını qazansa belə, Xavi komandada qalmayacaq.
Mütəxəssisin artıq digər komandalardan təklifləri var. Lakin o, mövsüm bitdikdən sonra komandadan ayrılan və bir illik məzuniyyət planı quran "Liverpul"un baş məşqçisi Yurgen Kloppun yolunu davam etdirmək niyyətindədir .
Qeyd edək ki, La Liqada ardıcıl 5 matçdır məğlub olmayan komanda 3-cü pillədə qərarlaşıb və Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Napoli” ilə 1:1 hesablı heç-heçə edib.
Heybət