UEFA 2024/2025 mövsümündə avrokuboklarda (Avropa Liqası, Konfrans Liqası) mübarizə aparan Azərbaycanın 3 klubuna ödəniş edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ödənişlər “Zirə”yə Avropa Liqasındakı, “Sumqayıt”a (tam ödəniş) və “Sabah”a isə Konfrans Liqasındakı çıxışa görə edilib.
"Zirə" 349600, "Sabah" 174600 avro qazanıb. "Sumqayıt"a isə 524600 avro ayrılıb.
Qeyd edək ki, ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.