Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - iş yerinin dəyişdirilməsi, karyeranızda irəliləyiş və ya peşəkar məsələlərin həlli ilə bağlı yaranmış situasiyada problemlərin həllinə təkan verəcək addımlar atılacaq. Məqsədlərin dəqiqləşdirilməsi, hədəflərin müəyyənləşdirilməsi zamanıdır. Bir qədər əvvəl başladığınız işi sonuclandırın.
Günün ikinci yarısında sərvaxt olun, qərəzli qərar qəbul etməyin. Ailədəki problemlərin əksəriyyətini yaşlı qohumların məsləhəti ilə həll etmək olar. Rasionunuzda dəyişikliklər edin.
Buğa - önəmli məsələləri və mühüm nüansları diqqətdən yayındırmayın. Unutqanlıq nəzərdə tutduğunuz işə dağıdıcı təsir göstərə bilər. İşgüzar münasibətlərdəki gərginlik birgə layihədə effektiv fəaliyyətə maneələr yaradacaq. Bədbinliyə qapılmayın. Yaradıcı potensialınızın səviyyəsi yüksəkdir.
Günün ikinci yarısında yaxşı nəticələr əldə edə bilərsiniz.
Şəxsi münasibətlərdə hisslərlə yanaşı, məntiqə də xitab edin. Əks cinsin mənsubu sizinlə maraqlanacaq. Potensial sifarişçini bacarıq və təcrübənizlə cəlb edə bilərsiniz.
Əkizlər - maliyyə problemləri istisna deyil. Yaşanan situasiyada proseslərə nəzarət imkanlarını əldən verməyin. Ödənişlər, borclar, kredit və ya vergilərlə bağlı xoşagəlməz situasiyanın yaranmasına imkan verməyin.
Maliyyə ilə bağlı məsələlərdə sayıq olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə seçim edə bilərsiniz. Yeni tərəfdaşı müəyyənləşdirəndə emosiyalara qapılmayın. Üstünlük verdiyiniz model yaxın gələcəkdəki situasiyanın əsas vektorlarını müəyyənləşdirəcək.
Ailədəki mühitin rəvan və normal olmasına çalışın.
Xərçəng - iş axtarırsınızsa, günün ilk yarısı əlverişlidir. Ünsiyyət və təmaslar zamanı həmsöhbətinizdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Məsləhətləşmələr, müzakirələr, potensial işgüzar tərəfdaşlarla danışıqlar uğurlu alınacaq. Məhsuldar fəaliyyətə can atın.
Günün ikinci yarısında aktiv olsanız, qarşınıza qoyduğunuz məqsədə doğru əhəmiyyətli irəliləyiş müşahidə olunacaq.
Sevdiyiniz insan və yaxınlarınızla söhbətlər üçün axşam saatları yaxşı zamandır. Dəyər verdiyiniz insana inanın. Hisslərinizə şübhə etməyin. Situasiyanı yalnız mənasız qısqanclıq və şübhələr korlaya bilər.
Şir - günün ilk yarısında çətin situasiya yaranacaq. Mövqelərinizi qorumaq, irəliləyişə nail olmaq istəyirsinizsə, intizamlı və sərvaxt olun. Yeni iş, layihə ehtimalı azdır. Rutin işlər, o qədər də bəyənmədiyiniz fəaliyyət zamanıdır.
Günün ikinci yarısında məişət məsələlərinin həllində praktik addımlar atın. Emosiyalara uymayın. Qətiyyətli və iradəli qərarlarızı yaxınlarınız dəstəkləyəcəklər. Çətin işlərin öhdəsindən gəlmək üçün yaxşı düşünülmüş plana ehtiyac duyulur. Axşam saatlarında nikbin olun, mühüm məsələnin həllini ertələməyin.
Ağır işlərə başlamayın. Onların yarımçıq qalma ehtimalı var.
Qız - günün ilk yarısı işlərinizdə irəliləyişlər vəd edir. Mürəkkəb problemlərin öhdəsindən gələcəksiniz. Vurnuxmaya qapılmayın, geriləməyin. Bəzi məsələləri danışıqlarda həll etmək olar. Maliyyə məsələlərində qayda yaradın. Hesabları ödəyin. Borc və ya kredit almayın.
Günün ikinci yarısında yaxınlarınızdan biri maddi yardım və ya mənəvi dəstək istəyə bilər. Çətin vəziyyətə düşmüş, yaxşı tanımadığınız insana da kömək etmək gərəkdir.
Tərəzi - günün ilk yarısında fəaliyyətinizi planlaşdırmağa can atın. Buna rəğmən, hadisələrin rəvan axarına ciddi təsir edəcək şərtlər və hadisələr olacaq. Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun.
Gəlir vəd edən sifarişlərdə sürətlə davranın.
Günün ikinci yarısında əməkdaşlığın sərfəli, tərəfdaşlıq mənfəətli olacaq. Pul və maliyyə məsələlərində diqqətli, sayıq insan olun. İşlərin gedişatına fərqli baxış daha çox gəlir əldə etməyə imkan verəcək.
Axşam saatlarında yaxınlarınızla təmasların xoş olmasına çalışın. Birgə istirahətlə bağlı planları müzakirə edin. Pozitiv əhvalınız ətrafınızdakı insanlara müsbət təsir edəcək.
Əqrəb - işgüzar ünsiyyət, anlaşma və müzakirələr üçün əlverişli zamandır. Köhnə əlaqələrin bəzilərini bərpa edə bilərsiniz. Hadisələrin axarına təsir imkanlarına malik nüfuzlu insanlardan birinin dəstəyini alacaqsınız. İş axtarırsınızsa, uğur qazanacaqsınız. Tələsik qərar verməyin.
Günün ikinci yarısında hadisələrin axarı pis olmayacaq. Müsbət təmayüllərin təsiri artacaq.
Sevdiyiniz insanla, dostlarla ünsiyyətdə səimimi olun. Emosional yüksəliş hiss edəcəksiniz. Ağır iş günündən sonra normal istirahət edin.
Oxatan - günün ilk yarısında işgüzar aktivlik səviyyəniz aşağı düşməsin. Gündəlik qayğılar və rutin işlər darıxdırıcı təsir bağışlasa da, onların öhdəsindən gəlmək məcburiyyətindəsiniz. Başladığınız layihədə diqqətli olun.
Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olun. Müəyyən məqamda situasiya nəzarətdən çıxa bilər.
Axşam saatları ev işləri, yaxınlarla ünsiyyət üçün əlverişlidir. Subaysınızsa, taleyinizlə qarşılaşa bilərsiniz.
Oğlaq - hadisələrin axarına təəccüblənməyin. Yaxın ətrafınızdakı insanların tələblərini, ehtiyaclarını öyrənməyə çalışın. Mühüm məsələnin həllində yardımla bağlı sizə üz tutacaqlar. Stressli vəziyyətlər istisna deyil. Təmkinli və səbrli olun. Belə durumlarda emosiyalara qapılmayın.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə qayğıkeş və alicənab olun. Boş, mənasız nüanslara görə mübahisələrə qatılmayın. Axşam saatlarında qarşılaşacağınız insanla uzunmüddətli əlaqələr qura bilərsiniz.
Dolça - qəfil olaylar və sürprizlər ola bilər. Qarşınıza qoyduğunuz məqsədə çatmaq o qədər də asan deyil. Gün ərzində yaşanan olaylardan bəzilərinin səbəb və motivlərini anlamaqda çətinliklərin yaranması istisna deyil. Hadisələrin axarında, işlərin görülməsində müəyyən problemlər var.
Günün ikinci yarısında yaşam təcrübənizi zənginləşdirə bilərsiniz. Yeni biliklər və informasiya əldə etməyə can atın. Yaxınlarınızdan biri ilə söhbətdə mühüm məsələni nəzərdən keçirin. Sevdiyiniz insanı mənsız qısqanclıqla incitməyin. Axşam saatlarını sakit keçirin, qüvvələrinizi bərpa edin.
Balıqlar- yaşamınızda nəyisə dəyişmək üçün əlverişli zamandır. Fəaliyyət sahəsinin yenilənməsi və ya karyera inkişafının alternativ yolları barədə düşünün. Qərarlarınızın ardıcıl, məntiqi olmasına çalışın. Ruhdan düşməyin. Neqativ vəziyyətdə belə, xeyir əldə edə bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə çətinləşmələr ola bilər. Hər şey istədiyiniz kimi olmayacaq. Nigaran qalmayın. Sonuclar arzuladığınız təkidir. Dostlarla ünsiyyət üçün əlverişli zaman axşam saatlarıdır.
Onlar sizə arxa olacaqlar.(Milli.Az)