Cənubi Qafqaz regionunda sülh çox vacibdir və indi Azərbaycanın onu bərqərar etmək imkanı var.
Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Azərbaycanın sülhü bərqərar etmək imkanı var", - o deyib.
Alyansın Baş katibi həmçinin Ukraynaya davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.