29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu xəstəxanada yeni doğulan körpəni şikəst qoydular - Burnu ilə qidalanır

19 okt 2024 17:00
DÜNYA
ads
Advertisement

Türkiyədə Sosial Güvənlik Qurumundan pul almaq üçün körpələri boş yerə reanimasiyada saxlayaraq həm dövləti aldadan, həm də körpələrin həyatına son qoyan şəbəkə üzə çıxıb. “Yenidoğan” adlanan bu qruplaşma ilə bağlı şok ittihamlar irəli sürülüb.

QÜTB.AZ xəbər verir ki, qruplaşmanın lideri olaraq bilinən Fırat Sarı haqqında şikayətlər davam edərkən, zərərçəkmiş bir ailə türk mətbuatına ilginc açıqlamalar verib.

Belə ki, 2 oktyabr 2023-cü ildə Ədirnədə doğulan körpə tənəffüs çətinliyi səbəbindən reanimasiyaya aparılıb. Ədirnə Dövlət Xəstəxanasında yer olmadığı üçün körpə təcili yardımla Çorlu Reyap Xəstəxanasına köçürülüb. Körpə ilə professor Fırat Sarı maraqlanıb.

Körpəyə intubasiya edildiyi halda sənədlərdə qeyd olunmayıb

Ailəyə Reyap Xəstəxanasında reanimasiyaya yerləşdirilən körpənin 1 aya yaxın reanimasiyada qala biləcəyi bildirilib.

15 gün reanimasiyada qalan körpə boğazından aşağı gedən qalın boru ilə intubasiya edilib. Bu prosedur Fırat Sarının heç bir hesabatında yazılmayıb.

Uşağın atası Tuğfan Naya bu barədə açıqlama verib: "Biz gedəndə ağzında qalın boru ilə inkubatorda idi. Körpəmiz 15 gün qalandan sonra tələsik zəng vurub buraxdılar. Körpəmizi evə buraxanda udqunma problemini dilə gətirmədilər. İndi 1 yaşı olacaq oğlum burnu ilə qidalanır. Öyrəndik ki, Fırat Sarı və tibb bacısı Bahar Kanık uşaq qətlinə görə saxlanılıblar, övladımızın bu hala düşməsinə səbəb onlardır”.

Nə baş verib?

İddianamədə xəstəxana sahibləri və baş həkimlərin təşkilata kömək edərək maddi qazanc əldə etdikləri bildirilib. Qeyd olunub ki, şübhəlilər bu əməliyyatlarla doğum reanimasiyası şöbələrində qazanclarını 3-4 dəfəyə qədər artırıblar.

Həmçinin körpə xəstələrin onlara uyğun sağlamlıq xidməti göstərəcək xəstəxanalara sövq edilmək əvəzinə şübhəlilərin seçdikləri təşkilat üçün sərfəli görünən xəstəxanalara yerləşdirildiyi bildirilib. Bunun əsas məqsədi isə körpələrin sağlamlığını yaxşılaşdırmaq deyil, daha çox maddi qazanc əldə etmək olub.

İddianamədə dünyasını dəyişən körpələrin hər cür infeksiyaya həssas olan yenidoğulmuşların reanimasiya şöbələrinə yerləşdirildiyi və bu yolla bəzi körpələrin yoluxdurulduğu vurğulanıb.

Onlar həmçinin qeyri-qanuni yollarla xəstəxanadan yazdıqları dərmanları qəbul edib satmaqla qazanc əldə ediblər.

“PKK üzvlüyünə görə 5 il həbsdə yatdım”

“Reyap” Xəstəxanasının əməkdaşı və “Medisense” şirkətinin sahibi olan təşkilatın rəhbəri həkim Fırat Sarı verdiyi açıqlamada peşmanlıq müddəalarından faydalanmaq istəmədiyini bildirib:

"Trakya Universitetinin Tibb fakültəsini bitirmişəm. Tibb fakültəsində oxuyan zaman PKK təşkilatına üzv olmaqda günahkar bilinərək 5 ilə yaxın həbsxanada yatdım. Sonra məktəbimə qayıtdım və təhsilimi bitirdim. 3 il Bingöl Kiğı səmtində işlədim.Təxminən 7-8 il əvvəl “Medisense Health Services”i qurdum. Həkim işləməklə çörəkpulu qazanıram.”

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur