Oropuş qızdırmasının dünyada ilk qurbanı iki braziliyalı qadın oldu.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Qeyd edilib ki, ölən 30 yaşdan kiçik qadınlarda denge qızdırmasının şiddətli formasına bənzəyən əlamətlər və simptomlar olub.
Oropuş qızdırması nisbətən yaxın vaxtlarda aşkar edilib. O, bir müddət əvvəl karantin elan olunan Trinidad və Tobaqo Respublikasında müəyyən edilib.
Hüseyn İbadlı