Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, insanların pul olmadan daha xoşbəxt olduğunu deyib:
“Pulum olmayanda, gözəl həyatım olub. İndi pulla yaşayıram. İnanıram ki, pul olmadan həyat daha xoşbəxtdir. İnsan hər zaman nəyəsə ehtiyac duymalıdır. Mən pula problem kimi yanaşıram”.
Qeyd edək ki, Nurməhəmmədov 2020-ci ilin oktyabrında idmandan gedib. O, karyerasında keçirdiyi 29 döyüşün hamısında qalib gəlib və 3 dəfə UFC titulunu qoruyub.
Heybət