AÇ-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, matçın 90+4-cü dəqiqəsində mükəmməl qurtarışla yadda qalıb.
M.Günok avstriyalıların hesabı bərabərləşdirməsinə imkan verməyərək komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb.