"Qarabağ" futbol klubu legioner oyunçularından biri ilə danışıqlara başlayıb. Ağdam təmsilçisi Mateus Silvanı komandada saxlamağı planlaşdırır.
QÜTB.AZ xəbər verir ki, klub artıq braziliyalı futbolçuya yeni müqavilə təklif edib. Baş məşqçi Qurban Qurbanov Mateusun komandada qalmasını arzulayıb. Öz növbəsində, Mateus Silvanın da "Qarabağ"ı tərk etmək fikrində olmadığı bildirilir.
Məlumata görə, Silvanın müqaviləsinin müddəti daha iki il uzadılaraq 2027-ci ilin yayına qədər davam edə bilər.
Xatırladaq ki, Mateus Silva 2023-cü il avqustun 21-də "Qarabağ"ın heyətinə qatılıb. Hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.