Şri-Lankanın dövlət naziri Sanath Nişanta və onu müşayiət edən təhlükəsizlik qrupunun üzvü yol qəzasında ölüb.
Publika.az xəbər verir ki, Şri-Lanka polisi 48 yaşlı Su Təchizatı üzrə Dövlət Naziri Sanath Nişantanın və onun təhlükəsizlik qrupunun olduğu avtomobilin qəzaya uğradığını və qəzada sürücüdən başqa hər kəsin öldüyünü açıqlayıb. Ağır xəsarət alan sürücünün xəstəxanada müalicəsi davam edir.
Qəzanın gecə saat 2 radələrində baş verdiyi bildirilib. Kolomboya gedən yük maşınına dəyən avtomobilin və baryerin dağıldığı açıqlanıb.
Şri-Lanka polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.
2005-ci ildən parlamentdə olan Nişanta Puttalam bölgəsini təmsil edirdi.
Roza Şəfiyeva