09.04.25 | Bakı 15.03° C |
10:03:39
Lent :

Əliyevlə Paşinyanın Münxen razılaşması işləyəcəkmi?

17 fev 2024 16:00
GÜNDƏM
ads

Əliyevlə Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şolzun iştirakı ilə görüşüb, daha sonra ikitərəfli formatda müzakirə aparıblar.

- Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüş Bakı üçün Fransanın olmaması baxımından əhəmiyyətlidir: İrəvanın maraqlarını müdafiə edən Paris prosesdən bir qədər də uzaqlaşır;
- Bu görüş Avropaya uzun müddət sonra ilk təması qurmaqla vasitəçiliyini yenidən aktuallaşdırmaq imkanı verir, ən azından, irəliyə doğru addım hesab oluna bilər;

Təmasın Münxendə - Şolzun iştirakı ilə baş tutması Almaniyanın da önə çıxması şəraitini yaradır. Berlinin Parislə müqayisədə daha balansı mövqeyini nəzərə alsaq, bu da müəyyən irəliləyişdir.

Lakin Münxen görüşünün bütün razılaşmalara rəğmən, tərəflərin uzlaşmasında rol oynayacağı ehtimalı hələ də azdır.

Birincisi, sərhəd və kommunikasiya məsələsində mövcud olan ciddi fikir ayrılığı son dövrlər daha da dərinləşib:
İkincisi, üçüncü tərəflərin iştirakı prosesə müdaxiləsi fonunda uzlaşmanı çətinləşdirir;

Bu kontekstdə Bakı və İrəvanın Xarici İşlər nazirliklərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə verdiyi təlimatın necə işləyəcəyi əsasdır. Xarici işlər nazirləri müzakirələri üçüncü ölkələrdə, yoxsa sərhəddə aparacaq? Bu, prosesin inkişafına yön verəcək amildir.

Asif Nərimanlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur