Rusiya Müdafiə Nazirliyi Almaniyanın “IRIS-T” zenit-raket kompleksinin buraxılış qurğusunun “İskəndər” raketi tərəfindən məhv edilməsini əks etdirən video yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə nazirlikdən açıqlama verilib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin PUA operatorları Volosskoye (Dnepropetrovsk vilayəti) yaxınlığında hazırlanmış atəş mövqeyində qarşı tərəfin SAM sisteminin döyüş maşınlarını aşkar ediblər. “İskəndər” raket sistemləri təyin olunmuş hədəfə qarşı dağıdıcı hücuma keçib.
Hədəf nəzarət alətləri “IRIS-T SAM” buraxılış qurğusunun, “TRML-4D” radiolokasiya stansiyasının və sistemlərin döyüş maşınlarına xidmət edən Ukrayna ordusunun personalının zərərsizləşdirildiyini təsdiqləyib.
Roza Şəfiyeva