Televiziya proyektləri ilə yanaşı bir çox reklam çarxında yer alan aktrisa Hande Erçel ilin ilk 6 ayında 40 milyon lirə qazanıb.
Publika.az xəbər verir ki, geyim və zərgərlik markaları ilə müqavilələr bağlayan Erçel sərvətinə sərvət qatıb.
Aktrisa bu ilin ilk 6 ayında çimərlik geyimi markasından 10 milyon TL, dezodorant reklamından 7 milyon TL, zərgərlik iş birliyindən isə 20 milyon TL qazanıb. Bu müddətdə bir çox festival və tədbirdə iştirak edən Erçel hər birindən 100 ilə 150 min dollar arasında gəlir əldə edib.
Gözəlliyi və bədən quruluşu ilə adından söz etdirən Hande Erçel 31 milyon izləyicisi olan “İnstaqram” hesabında tez-tez işbirlikləri ilə bağlı paylaşımlar edir.
Aysel Şahmar