Rusiyanın Stavropol diyarında terror aktı törədilməsinin qarşısını alıb.
Publika.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Məlumata görə, Mərkəzi Asiya ölkəsindən olan 3 nəfər terakt hazırlığında olub.
İnsanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməyi planlaşdıran şəxslər saxlanılıb. Onların yaşayış yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri, kimyəvi maddələr və dağıdıcı elementlər aşkarlanaraq götürülüb.