Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) dörd aparıcı sosial şəbəkədə ("X", "Instagram", "Facebook" və "TikTok") ən çox abunəçisi olan futbol klublarının reytinqini dərc edib.
Publika.az xəbər verir ki, siyahının ilk pilləsində 441 milyonluq auditoriya ilə "Real" qərarlaşıb. Madrid klubunun əzəli rəqibi "Barselona" ikincidir - 360.7 milyon. "İlk üçlüy"ü 216 milyonluq izləyici kütləsi ilə "Mançester Yunayted" qapayr.
"İlk 10"-luqda PSJ (184 milyon), "Mançester Siti" (158 milyon), "Yuventus" (156 milyon), "Liverpul" (144 milyon), "Çelsi" (142 milyon), "Bayern" (137 milyon) və "Arsenal" (102 milyon) yer alıb.
Heybət