"Mançester Siti" yarımmüdafiəçisi Fil Fodenlə müqaviləni uzatmağı düşünür.
Publika.az xəbər verir ki, tanınmış insayder Nikolo Şiranın sözlərinə görə, "şəhərlilər" yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalamağı planlaşdırır.
Eyni zamanda, hazırda ildə 11,7 milyon funt sterlinq alan oyunçunun maaşı əhəmiyyətli dərəcədə artırılacaq. Sözləşməsindəki sərbəstqalma maddəsindəki məbləğ də xeyli artırılacaq.
"Mançester" klubunun rəhbərliyi "Real"ın 23 yaşlı futbolçunun xidmətində maraqlı olması ilə bağlı şayiələrdən sonra bu məsələdə fəallaşıb.
“Transfermarkt”ə görə, Fodenin transfer dəyəri 110 milyon avrodur.
Heybət