Kilian Mbappe "Real"ın oyunçusu kimi ictimaiyyətə təqdim olunub.
Publika.az xəbər verir ki, fransız futbolçu "Santyaqo Bernabeu" stadionunda meydana Madrid komandasının formasında çıxıb. Mbappeni qarşılamaq üçün tribunalara 80 min insan toplaşıb.
O, ilk təəssüratlarını da bölüşüb:
"Vay, burada hər şey inanılmazdır. Uzun illər "Real"da oynamaq arzusu ilə yaşamışam. Bu gün arzum gerçəkləşdi, mən xoşbəxt oğlanam".
Daha sonra "kral klubu"nun emblemini öpən Mbappe "Real" dünyanın ən yaxşı klubudur", - deyə bildirib.
Qeyd edək ki, Mbappe "Real"la 2029-cu ilə qədər müqavilə imzalayıb.
Heybət