Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
Qutb.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Gəncə sakini, 2004-cü il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O, xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.