ABŞ-da "Boston25 JSC"nin müxbiri və aparıcısı Vanessa Uelç canlı yayım zamanı təsadüfən milçək udub.
Publika.az xəbər verir ki, xəbər reportajı zamanı milçək öncə onun sağ gözünün altına qonub, daha sonra ağzına girib. Uelç isə onu udub, bir az da üz-gözünü turşudub və heç nə olmamış kimi proqramı davam etdirib.
Sosial media istifadəçilər jurnalistin peşəkarlığını yüksək qiymətləndirib və şərhlərində qeyd ediblər ki, onun maaşı artırılmalıdır, çünki o, gözünü qırpmadan xoşagəlməz hadisənin öhdəsindən gələ bilib.
Hüseyn İbadlı