ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun davam etdirilməsini dəstəkləyir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı bildirib.
Spiker jurnalistin “Bakı və İrəvan birbaşa dialoqa doğru irəliləyirmi və bununla bağlı Vaşinqtonun mövqeyi necədir” sualına cavab verməkdən imtina edib.
“Biz bu məsələ ilə bağlı dialoqun davam etdirilməsini açıq şəkildə dəstəkləyirik. İnanırıq ki, bu, sabit nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bunu davam etdirəcəyik”, - ABŞ Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Tural