Misir milli komandasının kapitanı Məhəmməd Salah zədə səbəbindən Afrika Millətlər Kubokunun növbəti iki oyununu buraxacaq.
Publika.az xəbər verir ki, bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Salah qrup mərhələsi çərçivəsində keçirilən Qana ilə matçda (2:2) zədələnib. Salah ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı Salahın əzələsində problem olduğu məlum olub.
Beləliklə, Salah Kabo Verde ilə qrup mərhələsinin son oyununu buraxacaq. Misir 1/8 finala yüksələrsə, Salah həmin matçda da iştirak edə bilməyəcək.
Heybət