Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edəcək "Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.
Publika.az xəbər verir ki, bunu paytaxt klubunun mətbuat xidməti açıqlayıb.
Azərbaycan çempionu Ukrayna millisinin hücumçusu Andrey Voynaloviçlə 2 illik müqavilə imzalayıb. 205 sm boya malik 24 yaşlı basketbolçu ötən mövsümdə Vrotslav təmsilçisi "Slaşk"ın heyətində Polşa çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, hücumçu son mövsümdə 22 oyun keçirib.