Ərdoğan Türkiyədə və regionda terror problemini tamamilə həll etmək niyyətindədi
Pakistanın Bəlucistan əyalətində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı bombalı hücum həyata keçirilib.
Qutb.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində beş əsgər həlak olub, ən azı 12 hərbçi yaralanıb.
Hücumu intiharçı-terrorçunun həyata keçirdiyi bildirilir. Belə ki, o, partlayıcı maddələrin olduğu nəqliyyat vasitəsini hərbi kolonun üzərinə sürüb.
Məlumata görə, hücumu ekstremist "Bəlucistan Azadlıq Ordusu" qruplaşması təşkil edib.