"Yeşilçam" aktyoru Nuri Alçonun vəziyyəti yenidən ağırlaşıb.
QÜTB.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə beyin qanaması keçirən və ürəyindən əməliyyat olunan 73 yaşlı aktyorun bu dəfə bağırsaqlarında problem yaranıb. Alço yenə əməliyyat olunub.
Daha öncə ürəyinə stent taxıldığı üçün sənətçinin bu gün keçirdiyi əməliyyatın riskli olduğu açıqlanıb. O, reanimasiyaya yerləşdirilib.