Tacikistan və Avropa İttifaqı (Aİ) Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalamağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir müavini İsmətullo Nəsrəddin ilə Aİ-nin Mərkəzi Asiya və Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı üzrə Xarici Xidmət Departamentinin idarəedici direktorunun müavini Lyuk Devin arasında aparılmış danışıqlardan sonra bununla bağlı məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, tərəflər saziş ətrafında fikir mübadiləsi aparıblar.
Aİ-nin Tacikistandakı səfirliyinin saytında da sənədlə bağlı danışıqların yaxın vaxtlarda başa çatdırılmasının planlaşdırıldığı bildirilir.
Sazişin Aİ ilə Tacikistan arasında mövcud tərəfdaşlığı dərinləşdirəcəyi və yeni sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirəcəyi, münasibətləri yeni, daha iddialı səviyyəyə qaldıracağı vurğulanır.