Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fevralın 5-dən 7-dək Macarıstana rəsmi səfər edəcək.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın macar həmkarı Katalin Novak və digər rəsmi şəxslərlə görüşəcək.
Bundan əlavə, erməni prezident yerli erməni icmasının nümayəndələri ilə görüş keçirəcək.