Çelyabinskdə 8 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri iki yaşlı uşağın qulağından qurumuş tarakan çıxarıblar.
Publika.az xəbər verir ki, bu barədə URA.ru məlumat yayıb.
Agentliyin məlumatına görə, lor həkiminin müayinəsi zamanı uşağın sol qulağında yad cisimlər aşkar edilib. Tapıntının qurumuş tarakanın qalıqları olduğu deyilir.
Müayinələrdən sonra valideyinləri azyaşlını evə aparıb. Həkimər balacanın valideyinlərinə bundan sonra gigiyenik təmizliyə ciddi şəkildə əməl olunmasını tövsiyyə edib.
Cəmilə