21.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Roma Papasından Azərbaycana və ​​Ermənistana SÜLH ÇAĞIRIŞI

20 apr 2025 17:00
DÜNYA
ads

Roma Papası Fransisk Pasxa mesajında ​​Azərbaycan və Ermənistana qısa zamanda sülh razılaşmasına nail olmağa çağırıb.

 

Bu barədə Qutb.az “Vatican News”a istinadən xəbər verir.

 

Pontifik iki ölkə arasında yekun barışığa və regionun bərpasına ümid etdiyini bildirib.

 

"Sülh tərksilahsız mümkün deyil. Hər bir xalqın öz müdafiəsini təmin etməsi zərurətini dərk edərək, bunun qlobal silahlanma yarışına çevrilməsinin qarşısını almaq vacibdir", - müraciətdə deyilir.

 

O, bu il Pasxa bayramının həm katoliklər, həm də pravoslavlar tərəfindən qeyd edildiyi Müqəddəs Torpaqda sülhə çağırıb.

 

"Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlara, eləcə də bütün İsrail və Fələstin xalqına yaxınlığımı bildirirəm", - o söyləyib.

 

Pontifik həmçinin Livan və Suriyadakı xristian icmaları üçün dualar etməyə və Rusiya - Ukrayna müharibəsində tərəfləri sülhə çağırıb.

 

Son 11 ildə ilk dəfə olaraq pravoslav və katolik Pasxa tarixləri üst-üstə düşüb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur