Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avro-2024-ün Sloveniya ilə 1/8 final oyununda (0:0, 3:0 penaltilər) penaltidən yararlana bilməyib.
Publika.az xəbər verir ki, 39 yaşlı portuqaliyalının zərbəsini 105-ci dəqiqədə Yan Oblak dəf edib. Ronaldo üçün bu buraxılmış penalti 2022-ci ilin fevralından bəri ilk qol olmayan penalti idi. Oblak da öz növbəsində 2022-ci ilin yanvarından bəri ilk dəfə 11 metrdən zərbəni dəf edib.
"Sofascore"un məlumatına görə, Ronaldo həm də 21-ci əsrdə milli komandaların tərkibində böyük turnirlərdə üç penalti qaçıran ilk avropalı olub. O, birinci dəfə 2016-cı ildə Avstriya ilə Avropa çempionatında (0:0), ikinci dəfə DÇ-2018-də İranla (1:1) görüşdə penaltini qoruya çevirə bilməyib.
Heybət