İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Çelsi” “Midlsbro”ya qalib gəlib.
Publika.az xəbər verir ki, "Stemford Bric" stadionunda keçirilən görüş "zadəganlar"ın 6:1 (ümumi 6:2) hesablı qələbəsi ilə başa çatıb. London klubu 2000-ci ildən bəri 18-ci dəfə yerli kubokların (FA Kuboku və İngiltərə Liqa Kuboku) finalına yüksəlib. Bu, ölkə futbolunda ən yaxşı nəticədir.
