Yupiterin 95 peykindən biri olan "Avropa"da hər gün min tona qədər oksigen əmələ gəldiyi müəyyən edilib.
Publika.az bildirir ki, bu barədə NASA-nın saytında məlumat verilib.
Məlumata görə, NASA-nın reaktiv laboratoriyası Yupiterin ən yaxın altıncı peyki olan "Avropa"nın saniyədə təxminən 12 kiloqrama yaxın oksigen istehsal etdiyini aşkarlayıb.
"Avropa" Aydan bir qədər kiçikdir. Yer kimi, onun da qayalı mantiyaya və sərt nüvəyə malik olduğu ehtimal edilir.
Qeyd edək ki, NASA həmin peykdə ətraflı kəşfiyyat işləri aparmaq və orada həyat üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etmək üçün 2024-cü il oktyabrın 10-da “Avropa Clipper” missiyasına başlayacaq.