04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ronaldo, Falkao və Benzema: Daha rekord onlara yox, mərakeşliyə məxsusdur

30 may 2024 06:00
İDMAN
ads
Advertisement

Konfrans Liqasınım qalibi olan "Olimpiakos"un forvardı Ayub El-Kaabi rekorda imza atıb.


QÜTB.AZ xəbər verir ki, Yunanıstan təmsilçisi məhz mərakeşli futbolçunun yeganə qolu sayəsində İtaliya “Fiorentina”sını məğlub edib.


Bununla El-Kaabi Konfrans Liqasının pley-off mərhələsində vurduğu qolların sayını 11-ə çatdırıb. Hücumçu 1/16 finalda "Ferentsvaroş" ilə matçların hərəsində bir qol vurub, 1/8 finalda "Makkabi" ilə iki oyunda 3 dəfə, "Aston Villa" ilə yarımfinal görüşlərində isə 5 dəfə (het-trik + dubl) fərqlənib. Bunun sayəsində o, bir UEFA turnirinin pley-off mərhələsində 11 qol vuran ilk oyunçu olub.


Daha əvvəl Kriştiano Ronaldo (2017) və Kərim Benzema (2022) Çempionlar Liqasının pley-off mərhələsində hərəyə 10 qol vurub. Radamel Falkao (2011) isə Avropa Liqasında eyni sayda fərqlənib.



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur