21.08.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Azərbaycan Ukraynaya sülhməramlı göndərə bilər

21 avq 2025 12:00
GÜNDƏM
ads

Avqustun 18-də ABŞ lideri Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə təkbətək görüşü olub. Daha sonra Avropa liderlərinin və NATO Baş katibinin də qatıldığı sammit keçirilib. Tərəflər Ukraynayaya təhlükəsizlik zəmanətlərinin verilməsinin önəmindən bəhs ediblər. Təhlükəsizlik zəmanəti ilə bağlı bir sıra versiyalar irəli sürülüb. Bunlardan biri də NATO hərbçilərinin sülhməramlı qüvvələr kimi Ukraynaya göndərilməsidir. NATO sülhməramlı göndərərsə, heç şübhəsiz ki, bura Türkiyə hərbçiləri də qoşulacaq. Azərbaycan indiyə kimi Kosovo, İraq və Əfqanıstan kimi ölkələrdə Türkiyə ilə birgə sülhməramlı fəaliyyət göstərib.

Ukraynaya da Azərbaycan hərbçiləri göndərilə bilərmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Qutb.az-a bildirib ki, Ukraynaya Türkiyə ilə birgə Azərbaycan hərbçiləri də yollana bilər:

“Düşünmürəm ki, Ukraynaya böyük sayda hərbçimizi göndərə bilərik. Amma vaxtilə Kosovo, İraq və Əfqanıstanda Türkiyə ilə yanaşı olmuşuq. Türkiyənin Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı əməliyyata cəlb olunacağı halda, fərz edirəm ki, Azərbaycan əsgərləri də yola düşə bilər”.

Parlamentari vurğulayıb ki, burada söhbət məsuliyyətdən gedir:

“Bizə Ukrayna yaxındır, Rusiya da uzaq deyil. Sülhün olmasında maraqlıyqsa, bu, beynəlxalq məsuliyyətdir. Azərbaycan da bu məsuliyyətdən boyun qaçırmayacaq. Əfqanıstanda, Kosovoda bizim nə işimiz vardı? Bu, beynəlxalq məsuliyyətdir. Azərbaycan bu məsələdə də öz nüfuzuna uyğun şəkildə iştirak edə bilər. Hesab edirəm ki, Azərbaycanın iştirakı Ukrayna üçün də məqbuldur, Rusiya üçün də məqbul ola bilər”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur