FİFA futbolda video dəstək sistemini (FVS) sınaqdan keçirmək üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasından (IFAB) icazə istəyir.
QÜTB.AZ xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
FVS sistemi ilk dəfə 2024-cü ildə 20 yaşadək və 17 yaşadək qadınlar arasında dünya çempionatında istifadə edilib. Bu, komanda məşqçilərinə video köməkçi hakimin (VAR) qərarlarına etiraz etməyə imkan verir.
"Biz sınaq mərhələsindəyik. Qadınların dünya çempionatında qazanılan təcrübə diqqətlə təhlil ediləcək. Lakin hələlik gözlənilməz heç nə baş verməyib. Razılaşdırıldığı kimi, FİFA IFAB-ın növbəti iclasında hesabat təqdim edəcək", - deyə FİFA Hakimlər Komitəsinin sədri Pierluici Kollina bildirib.
Qutb