UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Publika.az xəbər verir ki, finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.
İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüş "Kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandanın qollarını 74-cü dəqiqədə Daniel Karvaxal, 83-cü dəqiqədə Vinisius Junior vurub.