30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Azyaşlılara siqaret satanlar cərimələndi

12 yan 2024 17:00
HADİSƏ
ads

Naxçıvan polisi tərəfindən yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Naxçıvan MR DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Naxçıvan polisi tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri Məmiyev Nihad, Qasımov Ülvi və Bağırov Mənsum barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.

Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütamadi olaraq bundan sonra da davam etdiriləcək


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur