İspaniyanın hüquq-mühafizə orqanları Alxesiras limanında (Əndəlus muxtar icması) konteynerlərdən birində 8 ton kokain aşkar ediblər.
Publika.az “Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq zamanı İspaniyada narkotik vasitələrin əldə edilməsinə görə məsul olduğu güman edilən bir şəxsi saxlayıblar. Həmçinin daha iki nəfər barəsində cinayət işi açılıb.
Qeyri-qanuni yük İspaniyaya Surinamdan gəlib. Kokain narkotiklərin skaner tərəfindən aşkarlanmasının qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış metal konstruksiyaya yerləşdirilmiş halda olub.