29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ölkənin ordusu türklərdən formalaşacaq

09 fev 2024 07:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, hərbçi çatışmazlığı yaşayan Almaniyada “Legioner batalyonları” yaratmaq üçün ilk hədəf türklərdir.

Publika.az xəbər verir ki, Almaniyada doğulub böyüyən və bu ölkənin vətəndaşı olan türk əsilli şəxslər muzdlu əsgər olacaqlar.

Buna görə orduya gələn türk əsilli Almaniya vətəndaşı ildə təxminən 40 min avro maaş ala biləcək. Rütbə artdıqca maaş da eyni sürətlə artacaq.

Almaniya Müdafiə Naziri Boris Pistorius "Əcnəbiləri orduya götürsək, Avropada bunu edən ilk silahlı qüvvələr olmayacağıq" deyib. Almaniyanın mümkün müharibəyə hazır olması lazım olduğunu ifadə edən Pistorius, hazırkı əsgər çatışmazlığının 20 min olduğunu vurğulayıb. Digər Aİ-yə üzv ölkələrdən də “legioner-muzdlu”ların cəlb edilməsi də təkliflər sırasındadır.

Qeyd edək ki, Fransa, Belçika və Danimarka illərdir muzdlu sistemi tətbiq edirlər.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur