Astara rayonu Şəkarən kəndinə aparın yolda sürüşmə hadisəsi baş verib. Yolun bərpası üçün Lənkəran şəhərindən texnikalar cəlb olunub.
Bunu Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov deyib.
A.Mahmudov qeyd edib ki, sözügedən kənddə 6 ailə yaşayır. Hazrda yolun bərpa olunması üçün işlər görülür.
"Baş vermiş hadisə ilə bağlı Su Ehtiyyatları Agentliyinə də müraciət edilib. Gələcəkdə həmin ərazidə əsaslı təmir-tikinti işləri aparılacaq", - deyə A.Mahmudov əlavə edib.
Milli.Az